вторник, 8 ноября 2011 г.

КВАРТИЛЬ


Qohum funksiyalar:
Sintaksis:
    КВАРТИЛЬ(массив;часть)
Nəticə:
    Verilənlər çoxluğu üçün kvartilləri hesablayır.
Arqumentlər:
     массив: kvartilləri hesablanan ədədi qiymətli xanalar    
     massivi;
     часть: КВАРТИЛЬ funksiyasının nəyi hesablayıcığını 
     göstərən arqument.
Qeydlər:
  •   КВАРТИЛЬ funksiyası hesablayır:
            часть = 0 olduqda minimal qiyməti;
            часть = 1 olduqda birinci kvartili (25-ci persentili);
            часть = 2 olduqda ikiinci kvartili  (50-ci persentili);
            часть = 3 olduqda üçüncü kvartili (75-ci persentili);
            часть = 4 olduqda maksimal qiyməti;

  •      əgər massiv boşdursa və ya 8191-dən çox veriləni ehtiva edirsə, onda КВАРТИЛЬ funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      əgər часть arqumenti tam ədəd deyildirsə, kəsir hissə kəsilib atılır; 
  •             часть < 0 və ya часть > 4 olduqda özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •       МИН, МЕДИАНА və МАКС funksiyaları uyğun olaraq КВАРТИЛЬ         funksiyasının часть arqumentinin 0, 2 və 4 qiymətlərində aldıqları           qiymətləri hesablayır.
Riyazi-statistik interpretasiya:
     Kvartillər əlamətin ranqlaşdırılmış külliyyatı dörd bərabər hissəyə bölən qiymətlərini göstərir. Statistikada üç cür kvartili fərqləndirirlər: aşağı kvartil – Q1 külliyyatdan əlamətin ən kiçik qiymətli 1/4 hissəni ayırır;  yuxarı kvartil - Q3 külliyyatdan əlamətin ən böyük qiymətli 1/4 hissəni ayırır;  orta kvartil - Q2  mediana bərabərdir. Kvartildən çox zaman satışı təhlil  edərkən, külliyyatı qruplara bölmək üçün isifadə olunur. Məsələn, КВАРТИЛЬ funksiyasından ən gəlirli müəssisələrin 25% -ini tapmaq üçün istifadə etmək olar.
     Qeyd edək ki, КВАРТИЛЬ funksiyası ilkin verilənlərin qabaqcadan ranqlaşdırılmasını tələb etmir. Bu iş  avtomatik olaraq yerinə yetirilir.

 

Misal
Baş külliyyatdan aşağıdakı seçmə götürülmüşdür: n=12: 3,7; 4,3; 6,2; 6,3; 6,6; 7,2; 8,3; 8,4; 9,1; 9,3; 9,9; 10,2. Bu seçmənin kvartillərini hesablamalı.


Həlli
     Q1 = 6,2 + (1 - 0,25)(6,3 - 6,2) = 6,275  (nq = 3);
             Q2 = 7,2 + (1 - 0,5)(8,3 - 7,2)  = 7,75 (nq =6);
             Q3 = 9,1 + (1 - 0,75)(9,3 - 9,1) = 9,15 (nq = 9).

İndi də bu məsələni КВАРТИЛЬ funksiyasının köməyilə həll edək:
1.    İlkin verilənlər cədvəlini tərtib edək:




2.    Nəticənin yazılacağı oyuğu seçək ($A$3).
3.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından КВАРТИЛЬ funksiyasını seçək. Bu zaman КВАРТИЛЬ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4.    Массив sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:L1) mausla seçək.
5.    Часть sahəsinə daxil olaraq birinci kvartili hesablamaq üçün 1 qiymətini daxil edək.
6.    OK düyməsini basdıqdan sonra $A$3 oyuğunda hesablamanın nəticəsi olan 6,275 qiyməti əmələ gələcəkdir.
Qeyd. İkinci və üçüncü kvartilləri hesablamaq üçün yenidən КВАРТИЛЬ funksiyasını çağırmaq və Часть sahəsinə uyğun olaraq 2 və 3 ədədlərini daxil etmək lazımdır. Əgər Часть sahəsinə 0 və 4 ədədlərini daxil etsək, hesablamanın nəticəsi seçmənin ən kiçik (3,7) və ən böyük (10,2) qiymətləri olacaqdır.